“Neftçi” müdafiəni gücləndirdi

“Neftçi” müdafiəni gücləndirdi
Futbol
25 İyul 2020 - 01:13
Supersport.Az-ın məlumatına görə, "Neftçi” növbəti transferini rəsmiləşdirib.

Braziliyalı futbolçu Tallison Diaz ilə 2 il müddətinə müqavilə imzalanıb.

28 yaşlı sol cinah müdafiəçisi komandanın heyətində 91 nömrəli formanı geyinəcək.


Sonuncu klubu "Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), "Flamenqo” (2015-2016), "Fortaleza” (2015), "Ferroviaria” (2016), "Seara” (2016-2017), "Red Bull Brasil” (2017), "Vitoria” (2017-2018) və "Novorizontino” (2018), həmçinin Belçikanın "Sent-Trüden” (2018-2019) klublarında oynayıb.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, "Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli əvvəlki komandasına qayıdıb.

Digər xəbərlər