“Hatayspor”da baş məşqçi istefası: Qurban Qurbanov razılıq verəcəkmi?

“Hatayspor”da baş məşqçi istefası: Qurban Qurbanov razılıq verəcəkmi?
Futbol
23 İyul 2020 - 17:24

Supersport.Az-ın məlumatına görə, Superliqaya vəsiqə qazanan “Hatayspor” baş məşqçi Mehmet Altıparmakla yolları ayırıb. Mütəxəssislə müqavilə qarşılıqlı olaraq ləğv olunub.


Türkiyə klubunun baş məşqçi vəzifəsinə əsas namizədlərin “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovla “Qalatasaray”ın keçmiş məşqçisi İqor Tudorun olduğu bildirilir. Azərbaycanın tanınmış mütəxəssisi komandasını tərk etmək istəmir. Buna görə türk klubunun xorvat məşqçini seçəcəyi iddia olunur.

Qeyd edək ki, “Hatayspor” 66 xalla (34 oyun: 19 qələbə, 9 heç-heçə, 6 məğlubiyyət) birinci liqada çempionluğu qazanaraq Superliqada iştirak hüququ əldə edib.

 

Digər xəbərlər