Tahir Gözəl: "Legionerlər qarabağlı olduqlarını göstərirlər"

Tahir Gözəl: "Legionerlər qarabağlı olduqlarını göstərirlər"
Futbol
22 İyul 2020 - 13:37
Ermənistanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatlarına "Qarabağ"ıın sabiq legionerləri biganə qalmayaraq, sosial şəbəkələrdə Azərbaycana dəstək veriblər.

Klub rəsmisi Tahir Gözəl həmin futbolçulara təşəkkürünü bildirib.

O, "Qarabağ"ın mətbuat xidmətinə açıqlamasında deyib:

"Qarabağ" Futbol Klubu olaraq əsas məqsədimiz Qarabağ həqiqətlərini tanıtmaqdır. İlk məqsədimiz də bu ideologiyanı futbolçulara aşılamaqdır. Sevindirici haldır ki, klubumuzdan ayrılan legionerlər Qarabağ həqiqətlərini təbliğ edir və qarabağlı olduqlarını göstərirlər. Hər birinə təşəkkür edirəm ki, bir dünya vətəndaşı kimi bu təxribatlara laqeyd yanaşmırlar".

Digər xəbərlər