“Sabah” da Qəbələni seçdi

“Sabah” da Qəbələni seçdi
Futbol
19 İyul 2020 - 12:46
“Sabah” təlim-məşq toplanışı üçün Qəbələyə yollanıb.

Supersport.Az-ın xəbərinə görə, komanda Premyer Liqaya bu şəhərdə hazılaşacaq.

İyulun 21-də paytaxt təmsilçisinin yeni baş məşqçisi Visente Qomes Azərbaycanda olacaq və komandaya qoşulacaq.

Qeyd edək ki, avrokuboklara hazırlaşan komandalar da Bakıdan kənarda hazırlıq keçir. "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt" Qəbələdə məskunlaşıb, "Keşlə" isə Şamaxını seçib.

"Qəbələ" komandası isə iyulun 20-də doğma meydanda hazırlığa start verəcək.

Digər xəbərlər