Rəşad Sadıqov baş məşqçi oldu

Rəşad Sadıqov baş məşqçi oldu
Futbol
17 İyul 2020 - 21:59
"Zirə"nin yeni baş məşqçisi açıqlanıb.



Supersport.Az klubun saytına istinadla xəbər verir ki, komandanın yeni baş məşqçisi Rəşad Sadıqov olub.

38 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

"Məsuliyyətli iş olduğunu anlayıram. Mənə göstərilən etimada görə "Zirə" rəhbərliyinə təşəkkür edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".

"Qarabağ"ın sabiq oyunçusu R.Sadıqov ötən ay futbolçu karyerasını başa vurduğunu elan edib.

 

Digər xəbərlər