"Möhkəm ol, qəhrəman Azərbaycan əsgəri" - Türk mütəxəssis ordumuza dəstək verdi

"Möhkəm ol, qəhrəman Azərbaycan əsgəri" - Türk mütəxəssis ordumuza dəstək verdi
Futbol
14 İyul 2020 - 12:19
"Turan"ın keçmiş baş məşqçisi Naci Şensoy  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə münasibət bildirib. 



Supersport.Az xəbər verir ki, türkiyəli mütəxəssis sosial şəbəkədə Azərbaycan əsgərinə dəstək verib:

"Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri. Siz heç vaxt yalnız olmayacaqsınız. Tovuzlu igid şəhidimizin ruhu şad olsun".


İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ordumuzun adekvat cavabından sonra düşmən geri çəkilib. Hücumun qarşısını alarkən döyüşdə Azərbaycan ordusu 4 şəhid verib. Ermənistan tərəfi isə itkiləri açıqlamayıb.

Əlavə edək ki, Naci Şensoy 2002-2003, 2004-2005 mövsümündə və 2012-ci ildə Tovuz təmsilçisini çalışdırıb.

Digər xəbərlər