İdman jurnalistlərinin günü

İdman jurnalistlərinin günü
Digər
02 İyul 2020 - 16:27
2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.

Supersport.Az
-ın məlumatına görə, məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası yaradılıb. Sözügedən bayram 1995-ci ildən həmin qurumun (AİPS) təşəbbüsü ilə keçirilir.

1924-cü il iyulun 2-də Paris Yay Olimpiya Oyunları zamanı Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (International Sports Press Association - AIPS) təsis olunub və 29 milli assosiasiyanın iştirakı ilə qurumun ilk konqresi keçirilib. Hazırda AIPS-in 4 kontinental qurumunda (AIPS-Asiya, AIPS-Amerika, AIPS-Avropa və AIPS-Afrika) 130-dan çox dövlətin milli idman mediası birləşib.

 

Digər xəbərlər