UEFA-dan AFFA-ya 5 il yardım

UEFA-dan AFFA-ya 5 il yardım
Futbol
02 İyul 2020 - 16:11
UEFA quruma üzv olan 55 federasiyaya maliyyə dəstəyi verəcək.

Supersport.Az xəbər verir ki, yardım 2024-cü ilə qədər davam edəcək.

UEFA 2024-cü ilə qədər 775,5 milyon avroluq fond yaradıldığını bəyan edib.

Koronavirus pandemiyasının yaratdığı maddi problem səbəbindən yardım əvvəlki ilə müqayisədə 27 faiz artırılıb.

2024-cü ildən isə 2,6 milyard avroluq fond ayırmağı planlaşdırılır. Bu vəsait Avropa çempionatlarından əldə edilən gəlirlər sayəsində formalaşır.

 

Digər xəbərlər