Gerye yenidən "Qarabağ"da

Gerye yenidən "Qarabağ"da
Futbol
01 İyul 2020 - 22:40


Donald Gerye keçmiş klubu "Qarabağ"a qayıdıb.


Supersport.Az-ın məlumata görə, bu barədə o, öz instaqram hesabında qeyd edib.


"Qarabağ" formasında fotosunu paylaşan haitili futbolçu, bu haqda fikirlərinə yer verib:


"Evin sehrli tərəfi ayrılmağın yaxşı, geri dönməyin daha da yaxşı hiss etdirməsidir. Geri qayıtdım. Anlaşma tamamdır".


31 yaşlı futbolçu daha əvvəl 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən Gerye, bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.



Digər xəbərlər