Futbol mütəxəssisimiz vəfat etdi

Futbol mütəxəssisimiz vəfat etdi
Futbol
29 İyun 2020 - 16:24

Supersport.Az-ın məlumatına görə, futbol üzrə Ümumittifaq dərəcəli hakim, "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" və "Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" Adil Həbib oğlu Ağayev ömrünün 74-cü ilində vəfat edib.





Adil Ağayev 1947-ci il mart ayının 24-də Bakı şəhərində anadan olub. O, 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.




Adil Ağayev 1975-1977-ci illərdə Bədən Tərbiyəsi və İdman Komitəsində, 1978-1980 və 1992-1995-ci illərdə Qaradağ Rayon Gənclər və İdman İdarəsində, 1980-1989 –cu illərdə Səttarxan adına (keçmiş Leytenant Şmidt) zavodun İdman klubunda, 1995-ci ildən 2017-ci ilə qədər Bakı şəhər Gənclər və İdman Baş İdarəsində məsul vəzifələrdə çalışıb.




Adil Ağayev istər Azərbaycan gəncliyinin sağlam böyüməsi, yeni nəslin yetişdirilməsi proseslərində, istərsə də respublika səviyyəli idman hərəkatında tədbirlərin, xüsusilə futbol idman növünün təbliği və keçirilməsində əvəzsiz rolu olub.




Görkəmli idman xadimi, futbol mütəxəssisi və səmimi insan Adil Həbib oğlu Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.




Allah rəhmət eləsin!

Digər xəbərlər