“Yuventus”, “Bayern”, “Qarabağ”...

“Yuventus”,  “Bayern”, “Qarabağ”...
Futbol
24 İyun 2020 - 09:00
Supersport.Az-ın məlumatına görə, Avropa futbolunda ən çox seriyalı çempionlar sırasına “Qarabağ” da daxil olub.

Almaniyada Bundesliqada erkən birinci olan “Bayern” ümumilikdə 30-cu, ardıcıl  8-ci dəfə birinci yeri tutub.

Azərbaycan Premyer Liqasının səkkizqat qalibi “Qarabağ” davamlı 7-ci çempionluğunu qazanaraq qitədə fərqlənən klublar sırasına düşüb. Ağdam klubu pandemiya səbəbindən AFFA tərəfindən erkən dayandırılan çempionatın qalibi elan olunub. “Qarabağ”a ardıcıl 7 çempionluğu 48 yaşlı təcrübəli mütəxəssis Qurban Qurbanov qazandırıb.

Kiprdə çempionat ləğv olunduğundan “Apoel”in çempionluq seriyası 7-də qalıb.

İtaliyada lider “Yuventus” ümumilikdə 36-cı, ardıcıl 9-cu dəfə çempion olmağa çalışır.

“Seltik”lə “Ludoqorets” 9 mövsümlük çempionluq seriyasını davam etdirir.

Şotlandiyada qalib koronavirus pandemiyasının sürətlə yayılması səbəbindən erkən açıqlanıb. “Seltik” ümumilikdə 51-ci, ardıcıl 9-cu çempionluğuna qovuşub.

Bolqarıstanda mövsümün başa çatmasına 4 tur qalmış “Ludoqorets” davamlı 9-cu uğurunu qazanıb.

Uelsdə pandemiyanın təsirindən erkən dayandırılan yarışda “Connah's Quay Nomads” çempion qəbul olunub. Bununla “The New Saints”ın 8 sezonluq çempionluq seriyası bitib.

Avstriyada çempionatın yekunlaşmasına 4 tur qalmış lider “Zalsburq” 6 xalla Vyana “Rapid”indən irəlidədir.

Fransada PSJ-nin ardıcıl 8-ci çempionluğuna “Monako” imkan verməyib.

Qitədə ən uzun çempionluq seriyaları Cəbəllütarik, Latviya klubuna məxsusdur.

“Linkoln, 2002-2003 ilə 2015-2016 sezonları arasında, “Skonto” 1991-2004-cü illərdə ardıcıl 14 dəfə çempion olub.

Belarusda BATE, Norveçdə “Rusenborq” davamlı 13 il ölkədə birinci yeri tutub.

Xorvatiyada “Dinamo” Z. ardıcıl 11, Gürcüstanda Dinamo T., Macarıstanda MTK, Ermənistanda “Pünik”, Moldovada “Şerif” 10 mövsümün çempionudur.

Türkiyədə ən uzun seriya “Qalatasaray”a məxsusdur. “Sarı-qırmızılılar” baş məşqçi Fatih Terimlə 1996-1997, 1997-1998, 1998-1999, 1999-2000 sezonlarında çempion adını qazanıb.

Digər xəbərlər