Eksklüziv: "Qarabağ" Riçard Almeydanı yenidən qaytarır: tərəflərin razılığı

Eksklüziv: "Qarabağ" Riçard Almeydanı yenidən qaytarır: tərəflərin razılığı
Futbol, Eksklüziv
20 İyun 2020 - 09:55


Supersport.Az-ın əldə etdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun və Azərbaycan millisinin futbolçusu Riçard Almeyda yenidən "Qarabağ"a qayıda bilər.

Ağdam təmsilçisinə yaxın mənbədən aldığımız məlumatda bildirilir ki, tərəflər bu keçidin alınmasına müsbət yanaşır.

BƏƏ-də üç gün əvvəl yerli qurumun qərarı ilə cari mövsüm ləğv olunub.

"Qarabağ"ı evi hesab edən braziliyalı futbolçu, doğma komandasını sevdiyini deyib.

Almeydanın iyunun sonunda "Baniyas"la müqaviləsi başa çatacaq.

Mənbə Supersport.Az-a deyib ki, 31 yaşlı Braziliya əsilli milləşmiş yarımmüdafiəçinin qəti fikri, Azərbaycanın ən yaxşı komandası saydığı "Qarabağ"a yenidən dönməkdir. İstər klubun, istərsə də futbolçunun keçidə müsbət yanaşdığı haqda da portalımıza məlumat verilib. "Qarabağ"ın rəhbərliyi, məşqçilər heyəti braziliyalı yarımmüdafiəçini iki məqama əsasən, yenidən komandaya cəlb etmək istəyindədir. Almeydanın millimizin futbolçusu olması, həmçinin uzun müddət Ağdam klubunun uğurları üçün çalışmasını nəzərə almaq fikrində olan əyalət təmsilçisi, transferin yaxın günlərdə reallaşmasına çalışır. "Qarabağ"ın hətta braziliyalı oyunçuyla razılığa gəldiyi də bildirilir.

Qeyd edək ki, 2012-ci ilin iyununda "Qarabağ"a keçən Riçard Almeyda 2018-ci ilin yayında "Astana"ya transfer olmuşdu. 2019-cu ilin yanvarında icarə əsasında Ağdam təmsilçisinə qayıdan təcrübəli futbolçu, bu ilin yanvarında "Baniyas"la 6 aylıq müqavilə imzalayıb.

Digər xəbərlər