AFFA, PFL "Qarabağ"ı mükafatlandıracaq - mediaya xəbərdarlıq edildi

AFFA, PFL "Qarabağ"ı mükafatlandıracaq - mediaya xəbərdarlıq edildi
Futbol
20 İyun 2020 - 00:04
Supersport.Az-ın məlumatına görə, bu gün "Azersun Arena"da Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün qalibi "Qarabağ" qızıl medallarıyla, çempionluq kubokuna qovuşacaq.

AFFA, PFL rəhbərliyi ölkənin səkkiqat çempionuna mükafat təqdim edəcək.

Saat 20:50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq.

Mükafatlandırma mərasimində iştirak etmək istəyən KİV nümayəndələrinin Peşəkar Futbol Liqasının akkreditasiya vəsiqələrini gətirməsi vacibdir. Akkreditasiya vəsiqələri olmayan mətbuat əməkdaşları tədbirə buraxılmayacaq.

Qeyd edək ki, mükafatlandırma mərasimi "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Digər xəbərlər