Çempionlar Liqası: “Qarabağ”a 21 potensial rəqib

Çempionlar Liqası: “Qarabağ”a 21 potensial rəqib
Futbol
12 İyun 2020 - 17:54
Çempionlar Liqasında hazırkı mövsümün taleyi ilə bağlı yekun qərar olmasa da, növbəti sezon üçün iştirakçılardan bəziləri artıq dəqiqləşib.

Komandaların sayı 30-dur və 21-i 1-ci təsnifat mərhələsində mübarizə aparacaq. Bu isə o deməkdir ki, həmin komandalar mübarizəyə 1-ci raunddan başlayacaq Azərbaycan çempionunun da potensial rəqibləridir. Hələlik səbətlərə bölünmə aparılmadığından bütün klublar mümkün rəqib sayılır.

Çempionlar Liqası (2020/21)


1-ci təsnifat mərhələsi

“Omoniya” (Kipr)
“Srvena Zvezda” (Serbiya)
“Seltik” (Şotlandiya)
“Dinamo” (Brest, Belarus)
“Yurqarden” (İsveç)
“Molde” (Norveç)
“Astana” (Qazaxıstan)
“Şerif” (Moldova)
“Dandolk” (İrlandiya)
“KuPS” (Finlandiya)
“Reykyavik” (İslandiya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Suduva” (Litva)
“Riqa” (Latviya)
“Fola” (Lüksemburq)
“Floriana” (Malta)
“Flora” (Estoniya)
“Dinamo” (Tiflis, Gürcüstan)
“Konnaks Kuey” (Uels)
“Klaskvik” (Farer adaları)
“Europa” (Cəbəllütariq)

Digər xəbərlər