Hər qol 1 sterlinq

Hər qol 1 sterlinq
Futbol
11 İyun 2020 - 12:24
Supersport.Az-ın məlumatına görə, “Mançester Yunayted”in əfsanəvi oyunçusu Rayan Giqqzla bağlı maraqlı fakt ortaya çıxıb.

13 yaşında “Mançester Siti”də oynayan zaman futbolçunu kəşf edən Harold Vud ona hər qol üçün 1 sterlinq verib. Rayan Giqqz bu barədə özü açıqlamasında bildirib. O, 1987-ci ildə, 14 yaşında “Mançester Yunayted”ə gedib və qazanc əldə edib.

24 illik karyerasında Giqqz dostunun ona pul verdiyini deyib.


“Məndən əvvəl o, klubda çalışırdı. Əsas komandada hər qola 1 funt sterlinq verəcəkdi. Mənə karyeramın sonuna qədər pul verdi. Möhtəşəm xarakterə malik idi”.


Uelsli futbolçu, “Mançester Yunayted”də 24 illik karyerasında 963 oyunda 168 qol vurub, 19 kubok qazanıb. Rayan Giqqz 13 Premyer Liqa, iki Çempionlar Liqası, 4 FA Cup çempionluğu sevinci yaşayıb.


Hazırda 46 yaşlı mütəxəssis Uels yığmasının baş məşqçisidir.

Digər xəbərlər