Ramil Quliyevin qızıl məqsədi

Ramil Quliyevin qızıl məqsədi
Digər
11 İyun 2020 - 09:00
Supersport.Az-ın məlumatına görə, Avropa, dünya çempionu Ramil Quliyev koronavirus pandemiyası dövründə hazırlığından, qızıl məqsədindən danışıb.

"Hər zaman qızıl medal qazanmalıyam. Buna görə çalışırıq. Yarışlarda ən yaxşı nəticə göstərməliyik" deyən məşhur atlet bildirib ki, koronavirusun geniş yayılması səbəbindən idman qurğuları bağlansa da, formanı saxlamaq üçün hazırlığı davam etdiriblər.

"Fiziki baxımından da hazırlaşmaq məcburiyyətindəydim. Küçədə də qaçırdım, çalışırdım. Hazırda pandemiya sona çatmaq üzrədir. Milli komandanın idmançıları xüsusi icazə ilə stadionlardan istifadə edirlər".

Çempion, son 15 ildə kollektiv məşqlər səbəbindən ailəsi ilə çox vaxt keçirə bilmədiyini, pandemiya zamanı hamı kimi onun da çətinliklə üzləşdiyini, vaxtından səmərəli istifadə etdiyini qeyd edib.

"Pandemiya zamanı ailəmlə birlikdə oldum. Bunun sayəsində mən psixoloji cəhətdən rahatlaşdım. Övladım da dünyaya gəldi, bu anlarda bir yerdə ola bildik. İndi daha çox enerjim olacaq".

İdmançı avqustda Diamond Liqa, Super Liqa yarışlarında iştirak etməyi planlaşdırıb.

Çempion, "Anadolu Agentliyi"nə Tokio Olimpiadasında da qızıl medal qazanmağı düşündüyünü vurğulayıb.

"Olimpiadaya ən yaxşı şəkildə hazırlaşmağı davam etdirəcəyəm və formanı bacardığımız qədər saxlayacağıq. Əlbəttə ki, həmişə olduğu kimi məqsəd qızıl medal qazanmaqdır. Olimpiya çempionu olacağıma inamım böyükdür".

 

 

Digər xəbərlər