Rəşad Sadıqov: "Qarabağ"ın erkən çempion elan olunmasını istəmirəm" - Video

Rəşad Sadıqov: "Qarabağ"ın erkən çempion elan olunmasını istəmirəm" - Video
Futbol, Video
10 İyun 2020 - 23:00
Supersport.Az "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ötən gün "Sabah"la keçirilən yoxlama oyunundan (5:0) sonra verdiyi açıqlamanın videogörüntüsünü təqdim edir.


"Bəlkə də, pandemiya futbolumuz üçün dönüş nöqtəsi olacaq, futbolçularımız daha çox üzərlərində işləyəcəklər" deyən təcrübəli müdafiəçi, koronavirus pandemiyasına görə martın əvvəlindən dayandırılan Premyer Liqanın bərpasının tərəfdarı olduğunu bildirib: "Biz futbolçular istəyirik ki, oynayaq, çempionat başa vurulsun. İdman prinsipləri deyilən bir şey var. Biz xal fərqi ilə irəlidəyik, ancaq burada başqa komandaların da haqları var. Biz istəmərik ki, çempionat vaxtından əvvəl başa vurulsun. Bunu digər rəqiblərə qarşı haqsızlıq kimi görürük. İstəyirik ki, çempionat təmiz idman prinsipləri ilə başa vurulsun. Amma futboldan əvvəl əsas millətimizin sağlığıdır. Qərar verilib ki, çempionat davam etdiriləcək. Ancaq hər gün statistiklara, göstəricilərə baxılır və ona uyğun olaraq qərarlar dəyişilə bilir. Biz hər şeyə hazırıq".

Digər xəbərlər