"Qarabağ" tənqid hədəfindəki hücumçunu yola saldı

"Qarabağ" tənqid hədəfindəki hücumçunu yola saldı
Futbol
08 İyun 2020 - 11:54
"Qarabağ" Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.

Supersport.Az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.

Hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Maqaye Qeye "Qarabağ"da 28 oyunda meydanda olub və bu matçda 8 qola imza atıb. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Qarabağ” Qeyeni ötən il transfer etmişdi.

 

Digər xəbərlər