“Beşiktaş”ın Amerikaya kəskin etirazı dünyanın diqqətində - Foto

“Beşiktaş”ın Amerikaya kəskin etirazı dünyanın diqqətində - Foto
Futbol
06 İyun 2020 - 10:40
Supersport.Az-ın məlumatına görə, “Beşiktaş” klubunun məşqində amerikalı Corc Floydu anmaq üçün xoreoqrafiya dünya mediasında böyük marağa səbəb olub.

Türkiyə klubunun futbolçuları ABŞ-ın 46 yaşlı qaradərili vətəndaşının Minneapolisdə bir ağdərili polis məmuru tərəfindən boğularak öldürülməsinə hazırlıq prosesində kəskin etirazını nümayiş etdirib.


“Beşiktaş”ın bu addımı dünyanın məşhur mediasının diqqətini çəkib. ESPN, Globoesporte, Sports Center ESPN, BeFoot, Actu Foot, B/R Football, Sopitas, AS, Telemundo, Goal Italy, Goal Espanol, Beinsports France, La hincadamx (Meksika),Nogometo manija (Serbiya), Foxsports Brasil xəbərlərində Türkiyə klubunun etirazına yer verib.


Qeyd edək ki, ABŞ-da ölümü etiraz aksiyalarına, kütləvi iğtişaşlara səbəb olan afroamerikalı, Minneapolis şəhər sakini Corc Floyd boğularaq mayın 25-də dünyasını dəyişib. Məhkəmə-tibb ekspertizasının rəsmi qərarında belə bildirilib.

Hennepin dairəsindən olan (Minnesota ştatı) məhkəmə-tibb ekspertizasının yaydığı press-relizdə ölüm səbəbi ilə bağlı qrafada “polis əməkdaşları tərəfindən boynunun sıxılması və boğulması nəticəsində ürək və ağciyərin fəaliyyətini dayandırması” yazılıb. Ölüm faktı “adam öldürmə” kimi qeydə alınıb.

İlk olaraq həkimlər Floydun ölümünün boğulma ilə əlaqəli olmadığını bildirmişdilər. Ancaq sonradan onun ailəsi cəsədin sərbəst şəkildə ekspertizasını həyata keçiriblər və bunun nəticəsində Floydun boğulduğu dəqiqləşdirilib. Artıq bu fikir rəsmi məhkəmə-tibb eksperti tərəfindən də təsdiqlənib.

 

Digər xəbərlər