Premyer Liqa bərpa olunur

Premyer Liqa bərpa olunur
Futbol
29 May 2020 - 00:32


Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-dən etibarən davam etdiriləcək.

 

Supersport.Az xəbər verir ki, klublar bununla bağlı razılığa gəlib. Əgər koronavirusla bağlı vəziyyət pisləşməsə, yarış rəhbərliyi Premyer Liqanı bərpa edəcək.

 

İyunun 17-də "Şeffild Yunayted" "Aston Villa" ilə, "Mançester Siti" isə "Arsenal"la üz-üzə gələcək.

 

Premyer Liqa klublarına 3 həftəlik kollektiv hazırlaşmaq izni verilib.

 

Premyer Liqada 29 tur geridə qalıb. Yarışın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. 2-ci yerdə qərarlaşan "Mançester Siti" "qırımızılar"dan 25 xal geridədir.

Digər xəbərlər