UEFA prezidenti: "Dünyanın zəif olduğunu gördük"

UEFA prezidenti: "Dünyanın zəif olduğunu gördük"
Futbol
05 May 2020 - 16:24
Supersport.Az-ın məlumatına görə, UEFA prezidenti Aleksander Çeferin koronavirus epidemiyasının futbola təsirindən danışıb.

Qurum rəhbəri hesab edir ki, bu bəlaya qalib gəlmək mümkündür:

"İnsanlıq koronavirusu məğlub edəcək. İndiki vəziyyət sabitliyi pozdu, dünyanın nə qədər həssas, müdafiəsiz, zəif olduğunu gördük. Futbol müsbət enerjidən ibarətdir və qayıdana qədər insanlar durumun normal hala gəldiyini hiss etməyəcəklər. Futbol dəyişəcək, ancaq qısa müddətə. Keçmişdə müharibələrdən və epidemiyalardan xilas olmaq mümkün olub. Ümid edriəm, tezliklə əvvəlki futbol bərpa olunacaq. İstərdik ki, mümkün qədər tez qayıdış olsun. Ancaq bu, ilk növbədə dövlətlərin qərarlarından asılıdır".

 

Digər xəbərlər