Azərbaycan Premyer Liqası 48-ci yerdə, Türkiyə Superliqası sonda - araşdırma

Azərbaycan Premyer Liqası 48-ci yerdə, Türkiyə Superliqası sonda - araşdırma
Futbol, Araşdırma
05 May 2020 - 15:14
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin 93 ölkədən ibarət siyahısında Azərbaycan Premyer Liqası 48-ci sıradadır.

Məsələ burasındadır ki, CIES, 2019-cu ildən 2020-ci ilin yanvarına qədər milli çempionatlarda 21 yaşlı futbolçulardan istifadə olunmanın vəziyyətini araşdırıb.

Slovakiya Superliqası 93 ölkənin reytinqində 29 faizlə birinci yerdədir.

Azərbaycan Premyer Liqası 12.6 faizlə 48-cidir.

Uruqvayda bu göstərici 21.2, Braziliyada 11.1 faizdir.

Fransa U-21 futbolçularına 15, İspaniya 7 faiz yer verib.

Türkiyə 3.7 faizlə sonuncu - 93-cü pillədədir.

 

 

Digər xəbərlər