"Qarabağ"dan faydalı addım

"Qarabağ"dan faydalı addım
Futbol
02 May 2020 - 12:44
"Qarabağ" koronavirus pandemiyası dövründə ehtiyacı olan insanlara yardım edib.

Supersport.Az-ın xəbərinə görə, klub rəhbərliyinin dəstəyi ilə Ağdam rayonunda bir qrup imkansız ailəyə ərzaq yardımı edilib. Klub "Biz birlikdə güclüyük" kampaniyası çərçivəsində bu addımı atıb.
Xatırladaq ki, daha öncə "Qarabağ"ın sponsoru "Azersun" Holdinq Koronavirusla Mübarizə Fonduna 2 milyon, komandanın baş məşqçisi Qurban Qurbanov 20 min, kapitan Rəşad Sadıqov 50 min, digər futbolçular isə 50 min manat məbləğində yardım ediblər.


Digər xəbərlər