Azərbaycanda futbola qadağa qüvvədə qaldı

Azərbaycanda futbola qadağa qüvvədə qaldı
Futbol
01 May 2020 - 21:55
Supersport.Az-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Azərbaycan Premyer Liqasının bərpa məsələsi ilə bağlı suala cavab verib.

O, bugünkü brifinqdə kütləvi tədbirlərə olan qadağanın aradan qaldırılmadığını bildirib:

"Kütləvi tədbirlərlə bağlı qərar hələ ki, qüvvədə qalır. Növbəti mərhələdə necə olacaq, bu, artıq vəziyyətdən asılıdır".

Bu gün tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

Xatırladaq ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də birinci divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Digər xəbərlər