UEFA-nın çempionatla bağlı AFFA-dan tələbi

UEFA-nın çempionatla bağlı AFFA-dan tələbi
Futbol
28 Aprel 2020 - 16:57
Supersport.Az-ın məlumatına görə, UEFA koronavirus pandemiyasının zərbəsiylə dayandırılan çempionatların bərpa olunmasıyla bağlı üzv ölkələrə vaxt verib.

Avropanın 55 futbol qurumu mayın 25-dək yarışların yenidən başlama, uyğun format daxil olmaqla planını qitə təşkilatına təqdim etməlidir.

Niderland kimi çempionatını vaxtından əvvəl dayandıran ölkələrdən bunun əsaslandırması üçün izahat tələb olunub.

Assosiasiyaların mövsümü yalnız hökumətlərin idman tədbirlərinə icazə verməməsi və ya ciddi iqtisadi problem olduğu halda ləğv edə bilməsi qərara alınıb.

UEFA İcraiyyə Komitəsi mayın 27-də növbəti videokonfransını keçirəcək. Toplantıda bu mövsüm Avropa yarışlarının avqustda başa çatıdırılıb-çatdırılmayacağıyla əlaqədar da qərar veriləcək.

 

Digər xəbərlər