Tokio Olimpiadası ləğv oluna bilər - "Koronavirus gözəgörünməz düşməndir"

Tokio Olimpiadası ləğv oluna bilər - "Koronavirus gözəgörünməz düşməndir"
Olimpiya, Digər
28 Aprel 2020 - 15:15
Supersport.Az-ın məlumatına görə, Tokio Olimpiadasının Təşkilat Komitəsinin rəhbəri Mori Yoşiroo bu haqda açıqlama verib.

O, bildirib ki, gələn il keçirilməsi nəzərdə tutulan oyunlar ümumiyyətlə baş tutmaya bilər.

Mori, "Koronavirus gözəgörünməz düşməndir" deyərək, bu bəla davam edəcəyi təqdirdə olimpiadanın ləğvi barədə danışıb.

Rəhbər şəxs, "2021-də virusun təsiri davam edərsə, oyunlar 2022-yə təxirə salına bilərmi" sualına cavabında "Xeyr, belə halda ləğv oluna bilər. Virusa qarşı mübarizə effekt versə, gələn il olimpiadanı təşkil edəcəyik. Əks halda, oyunlar ləğv olunacaq".

Xatırladaq ki, daha əvvəl 24 iyul - 9 avqust keçirilməsi planlaşdırılan Tokio-2020-nin Beynəlxalq Olimpiya Komitəsi gələn ilin 23 iyul - 8 avqust tarixlərində təşkilinə qərar verib.

Digər xəbərlər