FİFA-dan AFFA-ya 500 min dollar

FİFA-dan AFFA-ya 500 min dollar
Futbol
24 Aprel 2020 - 21:57
FİFA koronavirus pandemiyasının təsiri ilə əlaqədar milli assosiasiyalara maliyyə yardımı edəcək.

Supersport.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.


Yaxın günlərdə 150 milyon dolların dünyanın 211 milli federasiyası arasında bölüşdürüləcəyi qeyd olunub. Hər federasiyanın hesabına 500 min dollar köçürüləcəyi bildirilib.

FİFA-nın futbolun qorunmasına kömək etmək üçün bu addımı atdığı vurğulanıb.

Digər xəbərlər