"Liverpul"dan futbolçulara cəza

"Liverpul"dan futbolçulara cəza
Futbol
15 Aprel 2020 - 00:36
"Liverpul"un baş məşqçisi Yurgen Klopp onlayn məşq haqda danışıb.

Supersport.Az xəbər verir ki, 52 yaşlı almaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu cür məşq prosesindən zövq aldığını bildirib:


"Bu qədər sevəcəyimi təxmin etməzdim. Futbolçuları gördüyüm an hər şey dəyişir".

Klopp onlayn məşqə gecikənlərin cəzalandığını da deyib:


"Səhər saat 10-da məşqə başlayırıq. Bura vaxtında gəlmək vacibdir. Çünki  pul cəzamız var.  Onlayn məşqə gecikənlər pul ödəməyə məcburdurlar.  Bu durumda 2020-ci ildə yaxşı formada olmağımızın yeganə yolu bu cür məşqlərdir".



Xatırladaq ki, koronavirusa görə 29-cu turda dayandırılan Premyer Liqada turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir.

Digər xəbərlər