Fransa prezidentindən futbola qadağa

Fransa prezidentindən futbola qadağa
Futbol
14 Aprel 2020 - 02:42


Supersport.Az-ın məlumatına görə, koronavirus epidemiyası səbəbindən Fransa prezidenti Emmanuel Makron kütləvi tədbirlərə izn verilməyəcəyini bəyan edib.

Ölkəsinin rəhbəri, evdən kənara çıxmaq qadağasının mayın 11-dək artırıb. Makron iyulun ortasınadək kütləvi tədbirlərə icazə verilməyəcəyini bildirib.

Fransada futbol çempionatının iyunun 17-dən 25 iyulunadək planlaşdırılsa da, ölkə prezidentinin qərarına əsasən, nəzərdə tutulan vaxtda davam etdirilməyəcək.


Digər xəbərlər