Dünyanın ən bahalı futbolçusu - 227 milyon avro

Dünyanın ən bahalı futbolçusu - 227 milyon avro
Futbol
13 Aprel 2020 - 01:08
Supersport.Az-ın məlumatına görə, koronavirus pandemiyasının ağır zərbəsindən dayandırılan İngiltərə çempionatının iştirakçısı olan klub ciddi maddi böhranla üzləşib.

Çempionlar Liqasının finalçısı, 137 yaşlı "Tottenhem"in 637 milyon stadion, 83 milyon funt sterlinq transfer borcu olduğu bildirilir.

Klub prezidenti Daniel Levi premyer davam etdirilməyəcəyi təqdirdə, Harri Keyni satmaq istəyindədir. Ulduz futbolçuyla "Mançester Yunayted"lə maraqlanır.

"Tottenhem" transfer müqabilində 200 milyon funt sterlinq (227 milyon avro) tələb edir.

Qeyd edək ki, klubuyla 2024-cü ilədək müqaviləsi olan 26 yaşlı futbolçu, 25 matçda 17 qol vurub, 2 effektli ötürmə verib.

 

Digər xəbərlər