"Koronavirus" sözünün qadağan olunduğu ölkədə çempionat bərpa olunur

"Koronavirus" sözünün qadağan olunduğu ölkədə çempionat bərpa olunur
Futbol
11 Aprel 2020 - 16:48
Supersport.Az xəbər verir ki, dünyanın əksər ölkəsində futbol çempionatının dayandığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunur.

Ölkənin Futbol Federasiyası milli çempionatın matçlarının aprelin 19-dan davam etdiriləcəyini açıqlayıb.

Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.

Rəsmi məlumata əsasən, bu ölkədə COVİD-19 virusu aşkar edilməyib. "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatı bildirir ki, Türkmənistanda "koronavirus" sözünün işlənməsinə qadağa qoyulub.

Əlavə edək ki, hazırda Belarus, Burundi, Nikaraqua, Tacikistan və Myanmada yerli çempionatlar davam etdirilir.

Digər xəbərlər