"Qarabağ"ın rəqibinin keçmiş çalışdırıcısını "Fənərbağça" gətirir

"Qarabağ"ın rəqibinin keçmiş çalışdırıcısını "Fənərbağça" gətirir
Futbol
04 Aprel 2020 - 10:25
Supersport.Az-ın qardaş ölkənin mətbuatına istinadən məlumatına görə, "Fənərbağça" "Roma"nın keçmiş baş məşqçisi Eusebio Di Françeskoya təklif göndərib.

İtaliyalı mütəxəssis Türkiyədən bir komandadan dəvət gəldiyini bildirsə də, klubun adını çəkməyib:

"Hərtərəfli hazır olmalıyam. İngilicsə öyrənməyə davam edirəm. Premyer Liqadan təkliflər aldım. Türkiyədən də dəvət olduğunu deməliyəm".

50 yaşlı məşqçi karyerasında "Peskara", "Leççe", "Sassuolo", "Sampdoriya"nı çalışdırıb.

Mütəxəssis "Roma"nı çalışdırdığı 2017-2019-cu illərdə Çempionlar Liqasının qrup turnirində "Qarabağ"ın rəqiblərindən olub.

 

Digər xəbərlər