İlkay Gündoğan: "Liverpul"a çempionluq verilsə, problem olmaz"

İlkay Gündoğan: "Liverpul"a çempionluq verilsə, problem olmaz"
Futbol
30 Mart 2020 - 16:57
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasında çempionluq mübarizəsində "Liverpul"un əsas rəqiblərindən olan "Mançester Siti"nin üzvü İlkay Gündoğan fikirlərini bölüşüb.

Türk əsilli alman futbolçu koronavirusun futbola böyük zərbə vurduğunu bildirib. O, "Liverpul" çempion sayılacağı təqdirdə, problem olmayacağını söyləyib: "Mənim üçün bu, problem olmaz".

İlkay Mançesterdə havanın gözəl olduğunu, özünün evdə qalmağa üstünlük verdiyini, hətta 15 dəqiqə çölə çıxmaqdan naharat olmasını dilə gətirib.

Hazırda İngiltərə çempionatında 29 turdan sonra 82 xalla "Liverpul" liderdir. Bir oyun az keçirən 57 xal toplayan "Mançester Siti" liderdən 25 xal geri qalmaqla ikincidir. "Lester Siti" 29 oyundan 53 xalla üçüncüdür. Premyer Liqa 38 turdan ibarətdir. 

Digər xəbərlər