Liderlə autsayder fərqli qütblərdə

Liderlə autsayder fərqli qütblərdə
Futbol
28 Mart 2020 - 11:35
Azərbaycan Premyer Liqasının 20 turunun 80 oyununu 80 min 630 tamaşaçı izləyib.

Supersport.Az PFL-in saytına istinadən xəbər verir ki, bu qarşılaşmalarda orta göstərici 1008-ə bərabər olub.
Çempionatın lideri “Qarabağ” bu göstəricidə də birincidir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”dır. “Neftçi” 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın autsayderi “Qəbələ” bu siyahıda da sonuncu sırada yer alıb.
Qeyd edək ki, ən çox tamaşaçı IV turun “Qarabağ” – “Neftçi” oyununda (2:0) olub – 7000. III turun “Qəbələ” – “Keşlə” (0:4), X turun “Səbail” – “Keşlə” matçlarında isə antirekord qeydə alınıb – 150 nəfər.




































































1Qarabağ16600101660
2Sabah1195091328
3Neftçi14000111273
4Sumqayıt11500101150
5Keşlə840010840
6Zirə740010740
7Səbail675010675
8Qəbələ403010403
Cəmi80630801008

Digər xəbərlər