"UEFA "Avro-2020"lə bağlı səhv qərar verdi"

"UEFA "Avro-2020"lə bağlı səhv qərar verdi"
Futbol
27 Mart 2020 - 16:57
Supersport.Az-ın məlumatına görə, TFF-nin keçmiş prezidenti, FIFA, UEFA-nın fəxri üzvü Şenes Erzik koronavirusun futbola təsirindən danışıb.

"Dünyanın mübarizədə çətinlik çəkdiyini görürük. Liqaların yenidən başlaması üçün iyun-iyulun əvvəli başlaması tarixini demişdim. Ancaq indi virus sürətlə yayıldığından vəziyyətin necə olacağını demək çətindir. Tarix bildirmək mümkün deyil. Kimsə məsuliyyəti üzərinə almaq istəmir. Hər kəs FIFA -nı unudur. Liqalar dayanmağa davam etsə, nəzərdən qaçırmayaq ki, may, iyunda müqaviləsi başa çatacaq futbolçular var. Təqvim adı kimi asan deyil. Aylarla çalışmaq lazımdır. 356 gün olan yarışdan danışırıq. FIFA hər məsələdə üzərinə düşəni edəcək. Bu virus canımızı çox incitsə də, bizlərə insan olmağı yenə xatırlatdı. Necə çarəsiz vəziyyətə düşəcəyimizi gördük".

Avropa çempionatının fərqli şəhərlərdə keçirilməsinə əvvəlcədən qarşı çıxdığını deyən mütəxəssis, UEFA-nın səhv qərar verdiyini bildirib: 

"Bunun nə qədər səhv qərar olduğu ortaya çıxdı. Bu durumda yarış keçirilə bilməzdi. Fərqli şəhərlərə təşkilatçılıq verildiyindən "Avro-2020"nin keçirilməsi mümkünsüz oldu. Canni İnfantinonun dediyi kimi yeni bir təqvim hazırlanmalıdır".

Xatırladaq ki, UEFA koronavirus bəlası səbəbindən "Avro-2020"ni 1 il müddətinə təxirə salıb. Yarışın bəzi oyunları Bakıda da keçirilməliydi.  

Digər xəbərlər