"Marakana" hospital oldu - Şəkil

"Marakana" hospital oldu - Şəkil
Futbol, Foto
27 Mart 2020 - 12:17
Dünyanın ən böyük stadionlarından olan "Marakana" koronavirusa yoluxmuş insanlar üçün sahə hospitalı kimi fəaliyyət göstərəcək.

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, Braziliya millisi, "Fluminense" və "Flamenqo"nun ev oyunlarını keçirdiyi Rio-de-Janeyrodakı arenada xəstələrə tibbi yardım göstəriləcək.

Xəstələrin stadiondakı otaqlarda yerləşdiriləcəyi, lazım gələrsə, arenanın meydançasından da istifadə olunacağı bildirilib.

Qeyd edək ki, 78 min tamaşaçı tutumuna malik olan "Marakana"da 2014-cü ildə dünya çempionatının final matçı, 2016-cı ildə isə Yay Olimpiya və Paralimpiya Oyunları keçirilib.

Digər xəbərlər