"Türkiyə Superliqasını bitirək, oynanmasın!"

"Türkiyə Superliqasını bitirək, oynanmasın!"
Futbol
27 Mart 2020 - 12:25
Supersport.Az-ın məlumatına görə, türk mütəxəssis koronavirusun sürətlə yayılması səbəbindən Superliqanı erkən başa vurmağın vacibliyini bəyan edib.

"Sivasspor"un baş məşqçisi Rıza Çalımbay açıqlamasında deyib:

"Oyunçu dostlarımızın başları futbolda deyil, narahatdırlar. Hazırda ən vacib problem budur. Futbolçular proqrama əsasən, çox yaxşı çalışırlar. Əcnəbi futbolçular ölkələrinə getmək istəyirlər. Liqanı bitirib deyək ki, bu il çempionat keçirilmir. Əcnəbi futboçular da ölkələrinə gedə bilmirlər. Azarkeşsiz oyunların keçirilməsi qədər pis şey yoxdur. Yoxlama matçı kimi. Oyunlara köklənmək çox çətindir. Heç bir futbolçu, məşqçi, idmanda olan hər kəs bu şərtlərdə 100 faiz hazırlaşa bilməyəcək".

Qeyd edək ki, koronavirusla bağlı təxirə salınan Superliqada 26 turdan sonra ilk "üçlük"də "Trabzonspor", "Başakşehir" (hər ikisi 53 xal), "Qalatasaray" (50) qərarlaşıb. "Sivasspor" 49 xalla dördüncüdür. 

Digər xəbərlər