UEFA bu ölkəyə təzyiq edir: "Çempionatı dayandırın"

UEFA bu ölkəyə təzyiq edir: "Çempionatı dayandırın"
Futbol
26 Mart 2020 - 18:55
Supersport.Az-ın məlumatına görə, UEFA-nın çempionatı davam edən ölkəyə təzyiq etdiyi xəbəri yayılıb.

Social distancing was not an option when Isloch (in blue) beat Neman Grodno on Saturday, part of the opening weekend of the soccer season in Belarus.

Koronavirus bəlası səbəbindən hazırda qitə qurumuna üzv olan 55 ölkənin 54-də yarışlar dayandırılıb. Yalnız Belarusda futbol çempionatı davam edir. Ölkədə 23 min nəfər testdən keçirildiyi, 86 insanın koronavirusa yoluxduğu, 57 şəxsin karantində olduğu, 29-nun sağaldığı bildirilir. Belarusda 15 şirkət gündə 550 min tibbi maska istehsal edir.

Bu haqda "Rux" klubunun qazaxıstanlı baş məşqçisi Andrey Ferapontov Belarusda çempionatın davam etməsinin səbəblərini açıqlayıb.

"Belarusda çempionatın dayandırılmamasıyla bağlı çox səbəblər var. Birincisi, idman rəsmilərinin siyasi iradəsidir. Hazırda Belarus çempionatı Rusiya, Ukraynada, həmçinin digər ölkələrin bir çox populyar idman telekanallarında yayımlanır. Bu ona əsas verir ki, oyunlar davam etdirilsin. Çempionatın olması ölkənin diqqət mərkəzinə çevrilməsi, təbliğatı baxımından mühüm rol oynayır. Bundan başqa, futbolun Belarusda populyarlaşmasına kömək edir".

43 yaşlı çalışdırıcı, ölkənin UEFA-yla medianın təzyiqiylə üzləşdiyini bildirib:

"Belarus Futbol Federasiyası, İdman Nazirliyi UEFA-nın, digər ölkələrin Futbol Federasiyalarının, həmçinin ictimai rəyin böyük təzyiqi ilə üzləşir. Həkimlər də həyəcan təbili çalır. Çempionatın ikinci turunun 27-29 mart tarixlərində keçirilməsi nəzərdə tutulub. Vəziyyətin necə davam edəcəyini baxıb görəcəyik" (sports.kz). 

Xatırladaq ki, ötən həftə sonu Belarus çempionatının ilk turunu 9 min 500 tamaşaçı izləyib. Debütant "Rux" elit liqada səfərdə Minsk "Dinamo"suna minimal hesabla qalib gəlib. 

Players in action during the Belarusian Premier League soccer match between Isloch and Neman Grodno in Minsk, Belarus, March 21, 2020. Belarus didn't suspend soccer games, as most of European countries due to the coronavirus COVID19 pandemic. Belarus plans to hold all soccer matches, as scheduled, local media reports.

 

Digər xəbərlər