"Qarabağ"ın sabiq futbolçusu karantində

"Qarabağ"ın sabiq futbolçusu karantində
Futbol
25 Mart 2020 - 21:22
Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb.

Supersport.Az xəbər verir ki, cənubi afrikalı hücumçu bunu ölkəsinin mətbuatına açıqlamasında özü deyib. Çində koronavirus epidemiyası yayılmağa başlayanda Cənubi Akrikaya yollanan forvard artıq geri qayıdıb.  O, Çində vəziyyətin yaxşılığa doğru getdiyini bildirib:
"Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Ancaq artıq Çində bu virusun qarşısını almağın yollarını öyrəniblər.  Yaxın vaxtda komandamla birgə məşqlərə başlayacağam".

Xatırladaq ki, Dino Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib.

Digər xəbərlər