"Yuventus"dan getməyə hazırlaşan Ronaldo iki təklif alıb

"Yuventus"dan getməyə hazırlaşan Ronaldo iki təklif alıb
Futbol
25 Mart 2020 - 08:33
Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, "Yuventus"un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo iki cəlbedici təklif alıb.

Koronavirusla bağlı ölkəsində karantində olan ulduz futbolçunun bəlanın qarşısını almaqda aciz qalan İtaliyaya qayıtmaq istəmədiyi bildirilir.

Ronaldoya PSJ ilə "Mançester Yunayted"dən dəvət gəlib. Portuqaliyalı futbolçunun İngiltərəki doğma klubuna qayıdışının komandanın Çempionlar Liqasında iştirakından asılı olduğu haqda məlumat verilib.

35 yaşlı forvardın "Yuventus"la müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq.

Xatırladaq ki, Pele Ronaldonu dünyanın ən yaxşı futbolçusu hesab edib.

Digər xəbərlər