"Türkiyə Futbol Federasiyasında günahkarlar ömürlük kənarlaşdırılmalıdır"

"Türkiyə Futbol Federasiyasında günahkarlar ömürlük kənarlaşdırılmalıdır"
Futbol
24 Mart 2020 - 21:10




Supersport.Az-ın məlumatına görə, "Qalatasaray"ın idarə heyəti üzvü, professor, doktor Ahmet Özdoğan şok açıqlama verib.

Türkiyə mətbuatına danışan klub nümayəndəsi, baş məşqçi Fatih Terimlə, vitse-prezident Abdurrahim Albayrakda koronavirus aşkarlanmasına münasibət bildirib:

"Fatih Terim hər zaman olduğu kimi koronavirus məsələsində də "Qalatasaray"dan çıxan sima, insan olaraq öndərlik etdi. Bu müddətdə idman yarışlarının keçirilməsinin nə qədər səhv qərar olduğunu ortaya qoydu. Virusun yayılması səngisəydi, ölkədə çempionat davam etdiriləcəkdi. Bu təhlükəni Türkiyə Futbol Federasiyasına başa salmaq mümkün olmadı. TFF-nin burada nəyə xidmət etdiyini bilmirəm. Türkiyədə idman, futbol xüsusilə maraq dairəsindədir. İndi soruşuram TFF-dən Türkiyə çempionatlarında neçə şəxs - idmançı, hakim, jurnalist koronavirus oldu? Birisi bunun cavabını verəcək. Türkiyə Futbol Federasiyası günahkardır. O, qurumda kimlər varsa, Türk xalqı unutmayacaq. Sadəcə Nihat Özdemir deyil, rəhbərlikdə qərar verənlərin hamısı məsuliyyət daşıyır. TFF istefa verməlidir, ancaq bu da kifayət deyil. Bu anlayışda olanlar Türk idmanından kənarlaşdırılmalıdır. Basketbol federasiyasına da baxmaq lazımdır.  Bu qurum da qəbuledilməzdir. Kimlər oyunların təxirə salınmamasını müdafiə etdisə, onlar da müəyyənləşdirilib bir daha televiziyalara çıxarılmamalıdır".






Bir daha televizyona çıkarılmamalılar


 



Digər xəbərlər