"Qarabağ" 10, "Neftçi" 4 pillə irəlilədi

"Qarabağ" 10, "Neftçi" 4 pillə irəlilədi
Futbol
23 Mart 2020 - 21:03
Dünyanın ən yaxşı futbol klublarıyla məşqçilərinin reytinqi tərtib edilib.

Supersport.Az xəbər verir ki, planetin 1000 ən yaxşı komandası siyahısında koronavirus pandemiyası səbəbindən Azərbaycan Premyer Liqası təxirə salındığı üçün təmsilçilərimizdən "Qarabağ"la "Neftçi" heç bir oyuna çıxmasa da, irəliləməkdə davam edir.

Ağdam klubu 1054 xalla 10 pillə yüksələrək 599-cu, Bakı komandası 818 xalla 4 sıra önə getməklə 674-cü yerdədir.

"Liverpul" 14 min 695 xalla reytinqdə zirvədədir.

Mütəxəssislər sırasında ölkəmizin yeganə təmsilçisi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1054 xalla dünyanın 551-ci məşqçisidir. 48 yaşlı çalışdırıcı 9 pillə irəliləyib.

Reytinqdə 1-ci pillədə 14 min 695 xalla "Liverpul"un almaniyalı baş məşqçisi Yurgen Klopp qərarlaşıb.

Digər xəbərlər