Türk hakimdən evdən gedənlərə qırmızı vərəqə - Foto-Video

Türk hakimdən evdən gedənlərə qırmızı vərəqə - Foto-Video
Futbol, Video, Foto
23 Mart 2020 - 18:28
Supersport.Az-ın məlumatına görə, Türkiyənin FİFA referilərindən biri koronavirusla bağlı ismarıc verib.

"Evdə qal" deyən Ali Palabıyık, bildirib ki, çölə çıxana qırmızı vərəqə göstərilməlidir.


"Dünyada və ölkəmizdə sürətlə yayılan koronavirusa qarşı mübarizədə rica edirəm qaydalara əməl edək və oyunu buna görə oynayaq. Bu matçın qaydası 14-dür. Səhiyyə Nazirliyimiz və dövlət idarəçilərimizin məsləhətlərinə diqqət yetirək. Ailəmizi və sevdiklərimizi qorumaq məqsədilə evdə qalmalıyıq. Kənara çıxanalara "qırmızı vərəqə" göstərilsin. "Evdə qal Türkiyəm".

Hakim, uşaqlarına milli komandasının formasını geyindirib evin içində futbol oynayan zaman qayda pozan böyük oğluna sarı, cəzaya etiraz edən oğlu meydanı tərk etmək istərkən, yəni evin qapısını açıb getməyə çalışanda dayandırıb qırmızı vərəqə göstərir. Ortancıl övladı evdən çıxmağa cəhd edəndə iə böyük oğlunun qırmızı kart verməsini istəyir.

 

Digər xəbərlər