"Qarabağ"ın legioneri: "Qorxulu günlər yaşayırıq"

"Qarabağ"ın legioneri: "Qorxulu günlər yaşayırıq"
Futbol
21 Mart 2020 - 22:23
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"ın qapıçısı Vaqner da Silva koronavirusa görə Bakıdakı vəziyyətlə bağlı açıqlama verib.

34 yaşlı qolkiper qorxulu günlər yaşadıqlarını bildirib:

"Bakıda məktəblər üç həftədir ki, bağlıdır. Ticarət mərkəzləri işləmir, restoranlar məhdud saatlarda açıqdır. Qorxulu günlər yaşayırıq. Bunlardan əlavə İran Azərbaycanla həmsərhəddir, Çin, İtaliya koronavirusa görə ölüm hadisəsinin çox olduğu ölkələrdən biridir".

İki ildir "Qarabağ"ın formasını geyən braziliyalı qapıçı, çempionat təxirə salındığından evdə olduğunu söyləyib:

"İşə qayıda biləcəyimiz üçün ikinci əmri gözləyirik. Bu pandemiyadan xəbərdar olmaq və hamının yaxşılığı barədə düşünmək vacibdir. Mən ölkəmdən çox uzaqdayam və ümid edirəm ki, lazım olan addımlar atılır. İnanıram ki, bu virus Braziliyada o qədər də güclü bir şəkildə yayılmır, hər şey yaxşı ola bilər. Orada ailə üzvlərim var, dua edirəm ki, virus tezliklə keçsin və normal həyata qayıda bilək. Çox şey gücümüzdən asılıdır və əminəm ki, Allahın köməyi ilə hər şey qısa müddətdə normallaşacaq" ("globoesporte").

 

Digər xəbərlər