Yoaxim Löv: "Ölkə rəhbərləri daha düzgün çalışmalıdır"

Yoaxim Löv: "Ölkə rəhbərləri daha düzgün çalışmalıdır"
Futbol
21 Mart 2020 - 16:47
Uca Allah "Qurani Kərim"də insanların başına gələnlərin əməllərinin nəticəsi olduğunu bəyan edib.

Supersport.Az-ın məlumatına görə, koronavirusun yayılmasını şərh edən Almaniya futbol yığmasının baş məşqçisi Yoaxim Löv insanları günahlandırıb:

"İnsanlar əməllərinin qarşılığını görürlər. Son illər bütün diqqətimiz pul qazanmaq, daha çox güc göstərmək, çox gəlir əldə, acgözlük, xəsislik etmək idi. Bu davranışlarımız cavabsız qala bilməzdi. Faciəli vəziyyətlər, təbii fəlakətlər və aclıqlar olduqdan sonra bunu başa düşdük. Başımıza hər kəsə təsir edən hadisə gəldi. Hamı ailəsinə, dostlarına bağlı, insan olmağın, bir-birimizlə normal ünsiyyət qurmağın və hörmət etməyin mühüm olmasının fərqinə vardı. Əslində bunlar hər zaman birinci sırada olmalıdır".

Mütəxəssis, ölkə rəhbərlinə ismarıc göndərib, məsləhət verib:

"Kimdənsə koronavirusun davam etdiyi müddətdə idarəçilərlə bağlı nələr hiss etdiyini soruşun. Deyəcəklər ki, daha çox ünsiyyət, qayğı olmalıdır. Fikrimcə, ölkə rəhbərləri daha doğru istiqamətdə çalışmaq məcburiyyətindədir. Dünyamızda populizmə ehtiyac yoxdur".

 

Almanların baş məşqçisi, UEFA-nın "Avro-2020"lə bağlı qərarını müdafiə edib:

"Tamamilə düzgün qərardır. İnsanların sağlamlığı və təhlükəsizliyi birinci mühüm məsələdir. İndi hər şeyi kənara qoymalıyıq".

Qeyd edək ki, 

 

Digər xəbərlər