Eksklüziv: "Qarabağ"dan koronavirusa qarşı mübarizədə nümunəvi addım

Eksklüziv: "Qarabağ"dan koronavirusa qarşı mübarizədə nümunəvi addım
Futbol, Eksklüziv
19 Mart 2020 - 23:00
Dünyada sürətlə yayılan koronavirusun qarşısını almaqda planetin ən güclü ölkələri belə aciz qalıblar. Vaxtilə müxtəlif epidemiyaların təsirindən milyonlarla insan ölümə məhkum olub. Hazırda koronavirus pandemiyasının dünyada vüsət alması səbəbindən əksər ölkələrdə yarışlar təxirə salınıb.

Ölkəmizdə də bəlanın qarşısının alınması, yoluxan insanların sağalması üçün ciddi tədbirlər görülür.

Supersport.Az-ın əldə etdiyi məlumata əsasən, Azərbaycanın qürur mənbəyi "Qarabağ" Futbol Klubunun koronavirusa qarşı mübarizədə mühüm addımlar atması, digər qurumlara nümunə göstərilə bilər. Məsələ burasındadır ki, epidemiya dünyanı cənginə alan ilk gündən Ağdam təmilçisinin rəhbərlərindən Abdolbari Gözel, Tahir Gözel, həmçinin direktor Emrah Çelikel, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, baş həkim Səhhət Rüstəmzadə təqdirəlayiq işlər görüblər.

Supersport.Az-a verilən xəbərdə bildirilir ki, "Qarabağ" klubunun bazası hər gün dezinfeksiya edilir. Ağdam komandası mövcud vəziyyətlə əlaqədar müvəqqəti fəaliyyətini dayandırmamışdan əvvəl də bu işlər görülüb.

"Qarabağ" istirahətə yollanmamış klubun rəhbərliyindən siravi işçisinə qədər hər kəs Türkiyədən alınmış xüsusi tibbi cihaz vasitəsilə komandanın həkimləri tərəfindən testdən keçirilərək, bazaya buraxılıb. Komandanın Suraxanıda yerləşən stadionu - "Azersun Arena" da dezinfeksiya edilib. Klubun bütün üzvləri tibbi maskadan istifadə edib və bu, hər saatdan bir yeniləriylə əvəz olunub. "Qarabağ" futbolçularının yeməklərinə, geyimlərinə də xüsusi diqqət yetirilib.

Ağdam təmsilçisi hazırkı vəziyyəti nəzərə alaraq, istirahətə yollanmasına baxmayaraq, komandanın infrastrukturu hər gün dezinfeksiya olunur. "Qarabağ"la yanaşı, digər klublarımız məşqləri qeyri-müəyyən müddətə dayandırıb.

Xatırladaq ki, Koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar Azərbaycan Premyer Liqası, birinci divizionu aprelin 14-dək təxirə salınıb.

UEFA videokonfransında vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını tövsiyə edib. PFL bu tarixi Azərbaycan Premyer Liqası, birinci divizionunun bərpası və başa çatdırılması üçün uyğun sayıb.


















  

 

 

Digər xəbərlər