"Qarabağ"la "Neftçi"dən dünya reytinqində müsbət addım

"Qarabağ"la "Neftçi"dən dünya reytinqində müsbət addım
Futbol
17 Mart 2020 - 22:11
Dünyanın ən yaxşı futbol klublarıyla məşqçilərinin reytinqi açıqlanıb.

Supersport.Az xəbər verir ki, planetin 1000 ən yaxşı komandası sırasında təmsilçilərimizdən "Qarabağ"la "Neftçi" irəliyə gedib.

Ağdam klubu 1054 xalla iki pillə yüksələrək 609-cu, Bakı komandası 818 xalla bir sıra önə getməklə 678-ci yerdədir.

"Liverpul" 14 min 918 xalla reytinqdə zirvədədir.

Mütəxəssislər sırasında ölkəmizin yeganə təmsilçisi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur. 48 yaşlı məşqçi 1054 xalla dünyanın 560-cı məşqçisidir.

Koronavirus pandemiyası üzündən Azərbaycan Premyer Liqası təxirə salındığı üçün "Qarabağ" heç bir matça çıxmasa da, Qurbanov 6 pillə irəliləyib. Ötən cədvəldə 1054 xala malik mütəxəssis 566-cı yerdə idi.

Reytinqdə 1-ci pillədə 14 min 918 xalla "Liverpul"un almaniyalı baş məşqçisi Yurgen Klopp qərarlaşıb.

Digər xəbərlər