UEFA bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Avro-2020-nin koronavirus epidemiyasına görə təxirə salındığını rəsmən açıqlayıb.
Supersport.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransından sonra qərar verilib. Turnirin gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.
UEFA prezidenti Aleksander Çeferin açıqlamasında deyib:
“Dünyaya təhlükə olan virus futbolu ağır, imkansız vəziyyətə gətirdi. “Avro-2020″ni təxirə salmaq, qitə turnirlərini, milli çempionatları tamamlamaq yeganə şansımız idi. Bu məsələdə yerli federasiyaların bütün dəstəyini aldıq”.
Xatırladaq ki, Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan qitə çempionatının 4 oyunu Bakıda olacaq.EFA,