UEFA "Qarabağ"ı erkən çempion kimi tanıya bilər

UEFA "Qarabağ"ı erkən çempion kimi tanıya bilər
Futbol
16 Mart 2020 - 22:19
UEFA koronavirusla bağlı problem uzanarsa öz ölkələrinin liderləri olan komandaları çempion kimi tanıya bilər.

Supersport.Az-ın "AS" nəşrinə istinadən xəbərinə görə, qitənin ali futbol qurumu hazırda dayanan liqaların liderlərinin çempion kimi tanınması məsələsinə baxır.
UEFA-nın sabah milli federasiyalarla keçirəcəyi videokonfrans zamanı bununla bağlı məsələ müzakirə edəcəyi bildirilib.

Turnirlər davam etdirilməyəcəyi təqdirdə, qurumlara hazırkı liderləri öz ölkələrinin çempionu elan etmək variantı təklif ediləcək. Avropa Liqasında  iştirak edəcək komandalar da oxşar şəkildə müəyyənləşəcək. Belə bir hadisə Yuqoslaviyada müharibə olan zaman baş vermişdi. Həmin vaxt "Partizan" əvvəlcədən çempion elan edilmişdi.

Ancaq Avro-2020 bir mövsümlük təxirə salınsa, təklif edilən ideyalar müzakirə mövzusu olmayacaq və çempionatlar bu yay başa çatdırılacaq.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında "Qarabağ" 8 xal fərqi ilə liderdir. UEFA-nın təklifi qəbul ediləcəyi halda, Ağdam klubu da mövsüm başa çatmadan çempion kimi tanına bilər. Hazırda Azərbaycan Premyer Liqası ən azı 1 aylıq dayandırılıb.

Digər xəbərlər