Azərbaycanda 6 futbol klubu fəaliyyətini dayandırdı

Azərbaycanda 6 futbol klubu fəaliyyətini dayandırdı
Futbol
16 Mart 2020 - 17:02
Supersport.Az xəbər verir ki, koronavirusla bağlı ölkəmizdə fəaliyyətini müvəqqəti dayandıran futbol klubları artıb.

"Qəbələ" və "Səbail" də dayanıb.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün idman növləri üzrə məşq fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, daha öncə "Qarabağ", "Neftçi", "Sumqayıt" və "Sabah" da bütün komandaların məşqlərinə fasilə verildiyini açıqlamışdı.

Digər xəbərlər